Yuxarı

Ceyhun Bayramov Mahmud Özəri qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Mahmud Özəri qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 24-də Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, münasibətlərin əsasında xalqları birləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərin dayandığı vurğulanıb.

Nazir Ceyhun Bayramov müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dünyada bənzəri olmayan münasibətlər olduğunu, hər iki ölkə rəhbərinin siyasi iradəsi nəticəsində hazırda bu əlaqələrin ən yüksək tarixi zirvəyə çatdığını vurğulayıb.

XİN rəhbəri Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, bütün sahələrdə qarşılıqlı dəstək göstərildiyi qeyd edilərək, Azərbaycanın şanlı qələbəsinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini ifadə edib.

Tarix
2024.05.24 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla