Yuxarı

Ukraynalı deputat Azərbaycanı belə təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynalı deputat Azərbaycanı belə təbrik etdi

Bu günü Azərbaycan xüsusilə xoşbəxt bir atmosferdə - beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qeyd edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk X hesabında 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında bildirib.

"106 il əvvəl ilk dəfə müstəqil dünyəvi Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb, eyni zamanda Azərbaycan parlamenti də yaradılıb. Azərbaycan xalqına dayanıqlı sülh, əmin-amanlıq, azad olunmuş ərazilərin yenidən qurulması və inteqrasiyasını arzulayıram!", - paylaşımda deyilib.

O.Kondratyuk həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib:

"Davamlı humanitar yardıma görə təşəkkür edirik. Müharibədən zərər çəkmiş ukraynalı uşaqların istirahəti və reabilitasiyası üçün səmimi və qonaqpərvər qəbula görə minnətdarıq. Biz Azərbaycanın Ukrayna ərazisində humanitar minatəmizləmə işinə verdiyi maddi töhfəni yüksək dəyərləndiririk".

Tarix
2024.05.28 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla