Yuxarı

Fransız Polineziyası nümayəndələri Bakıda...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransız Polineziyası nümayəndələri Bakıda...

Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavını” partiyasının rəhbər heyətinin mayın 29-da Azərbaycana səfəri başlayıb.

Axar.az xəbər verir ki, dördgünlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir. Bu xüsusda, Milli Məclis, eləcə də digər dövlət və özəl qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans təşkil olunacaq.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış əməkdaşlıq haqqında sazişin müddəalarına uyğun olaraq təşkil olunur.

Qeyd edək ki, “Tavını” partiyası uzun illərdir Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq müstəqillik qazanması uğrunda mübarizə aparır.

Tarix
2024.05.29 / 09:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla