Yuxarı

Hətta Szinpin də pislədi – Putindən səs çıxmadı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hətta Szinpin də pislədi – Putindən səs çıxmadı

Müxtəlif ölkələrin liderləri, hətta Çin lideri Si Szinpin Donald Trampa qarşı sui-qəsdi pisləyib, bircə Rusiya Prezidenti Vadimir Putindən hələ açıqlama yoxdur. Putinin Trampa münasibəti müsbət olsa da, ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi Kreml sahibinə sui-qəsdi pisləməyə imkan vermir. Halbuki terrorçular 2001-ci ilin 11 sentyabrında Amerikaya hücum etdikdə keçmuş prezident Corc Buşa ilk zəng edənlərdən biri Vladimir Putin olmuşdu. Putin terrorçuların Amerikaya hücumunu pisləməklə yanaşı terrorçularla mübarizədə ABŞ-a dəstək vədi vermişdi.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, dövran dəyişib, Rusiya-ABŞ münasibətləri tərəfdaşlıqdan düşmənçilik müstəvisinə keçib və hər hansı dəstəkdən danışmaq mümkün deyil:

“Eyni sözləri Çinə də aid etmək olar. Szinpinin Trampa qarşı sui-qəsdi pisləməsinə baxmayaraq, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin vitse-prezidenti Rob Vittman Çinin Afrikadakı fəaliyyətini “cinayət” adlandırıb. “Çin Yer üzündə ən böyük insan haqlarını pozan ölkədir” deyən konqresmen Çin şirkətlərinin Afrikada işçiləri istismar ediyini və ətraf mühitə zərər vurduğunu bildirib. Sui-qəsdə uğrayan Donald Trampın da Çinə münasibəti bəllidir. Prezidentliyi dövründə Çin məhsullarına qarşı gömrük vergilərini ilk qaldıran Donald Tramp olmuşdu. Trampın Ukrayna Prezidenti Vladimir Zelenskidən də xoşu gəlmir, o Ukraynaya dəstəyin yanlış olduğunu vurğulayır”.

Politoloq vurğulayıb ki, sui-qəsd cəhdindən sonra liderlər özlərini Donald Trampın prezidentliyə hazırlamalıdırlar.

Tarix
2024.07.14 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla