Yuxarı

ABŞ “kompromis” istəyir: Bakı hansı güzəştə gedə bilər?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ “kompromis” istəyir: Bakı hansı güzəştə gedə bilər?

ABŞ mümkün olan ən qısa zamanda sülh müqaviləsinin imzalanmasını istəyir. Rəsmi Vaşinqtonun geosiyasi maraqları, eyni zamanda Rusiya faktoru bunu tələb edir.

Bu sözləri Axar.az-a ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlamaları ilə bağlı danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Vaşinqtonun Moskvanı bölgədən çıxarmağa hazırlaşdığını bildirib:

“Sülh əldə olunandan sonra ABŞ-ın Ermənistana yerləşməsi və oradan Rusiyanın qovulması prosesi daha asan olacaq. Hətta son iki ildir ki, aktiv şəkildə Ermənistanda keçirilən hərbi təlimlər, Blinkenin köməkçilərinin səfərləri buna xidmət edir. Hazırda orada “Eagle Partner-2024” təlimi də əslində Rusiyanın Ermənistandan çıxarılmasının məşqidir”.

Turab Rzayev Azərbaycanın qəti mövqe sərgilədiyini və şərtlərin yerinə yetirilməsini tələb etdiyini vurğulayıb:

“Azərbaycan hələ də işğal altında olan anklavların qaytarılmasını, Ermənistan Konstitusiyasından ölkəmizə ərazi iddialarının çıxarılmasını tələb edir. Miller də “hər iki tərəf komromisə getməlidir” deyərkən bunu nəzərdə tutur. Ancaq bütün hallarda Azərbaycanın milli təhlükəsizliklə bağlı narahatlıqları qəbul edilməlidir. Çünki bu tələblər yerinə yetirilmədən sülh müqaviləsinə imza atmaq göz görə-görə tələyə düşmək və öz gələcəyini təhlükəyə salmaqdır. Ona görə də ABŞ həqiqətən sülh istəyirsə, bunu mütləq nəzərə almalı, bölgədə Ermənistanla keçirdiyi təlimlərlə gərginliyi artırmaq yerinə, İrəvana təzyiq göstərməlidir”.

Tarix
2024.07.17 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla