Yuxarı

Mənim adımdan istifadə edərək, pul qazanmaq üçün...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənim adımdan istifadə edərək, pul qazanmaq üçün...

Vaxtaşırı rəsmi məlumatlar, Azərbaycanın səlahiyyətli qurumlarının rəsmi məlumatları onu göstərir ki, mənim adımdan fərqli biznes layihələrinin elan olunması haqqında məlumatlar daxil olur və bunların heç birinin nə mənə, nə də Azərbaycana aidiyyəti var.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda bildirib.

Dövlət başçısı qeyd edib ki, süni intellekt hazırda tamamilə yeni müstəviyə çıxmaqdadır və təəssüf ki, böyük sayda insanlar buna inanır.

“Sən bunun öhdəsindən necə gəlməlisən? Cavab çox çətindir. Çünki kimsə etirazı, təkzibi oxuyacaq, ya oxumayacaq, yaxud da çox gec olacaq. Bu feyki dərhal tapmaq çox çətin olur. Sən bir müddət sonra onu aşkarlayırsan. Həmin müddət ərzində insanlar artıq buna inanır. Bu, müəyyən mənada çox kəskin mahiyyət daşımır. Kimsə bunun üzərindən pul qazanmaq istəyir və mənim adımdan süni intellektdən istifadə edərək elanlar dərc olunur ki, məsələn, buraya pul yatırın, oraya pul yatırın. Lakin bu yolla getsələr fərqli elanlar olacaq: mənim adımdan bəlkə də müharibə elan edərlər və kimsə buna inana bilər və hansısa digər müəyyən tədbirlər həyata keçirə bilər” , – İlham Əliyev vurğulayıb.

Tarix
2024.07.21 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla