Yuxarı

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

İranda Zəngəzur dəhlizilə bağlı narahatlıq güclənib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi Zəngəzur dəhlizini əleyhinə çıxış edib.

O "Mehr" agentliyinə deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək.

İbrahim Əzizinin sözlərinə görə, Zəngəzur dəhlizinə dair geosiyasi proseslər İranın marağında deyil.

İranlı deputat deyib ki, ölkəsinin ərazi bütövlüyünə təhlükə yaranarsa, rəsmi Tehran özünü müdafiə edəcək.

İranlı parlamentarın açıqlaması Ermənistanda az qala toy-bayram səviyyəsində qarşılanıb. Belə ki, Ermənistan KİV-ləri İbrahim Əzizinin bəyanatını sürətlə tirajlayıblar.

Qeyd edək ki, bu, son bir həftədə İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı üçüncü səs-küylü bəyanatıdır. Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani və xarici işlər naziri Abbas Arakçi də oxşar açqılama ilə çıxış ediblər.

Tarix
2024.09.07 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla