Yuxarı

Ceyhun Bayramov xanım səfirlə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov xanım səfirlə görüşdü - Foto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Zəkiyyə İğılı qəbul edib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə, Azərbaycan və Əlcəzair arasında mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, habelə regional və qlobal məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov təyinatı münasibətilə səfir Zəkiyyə İğılı ürəkdən təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzu edib.

Cari ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu illər ərzində əməkdaşlığımızın inkişafında qarşılıqlı səfərlərin, habelə intensiv siyasi dialoqun əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Bir sıra istiqamətlər, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar və s., üzrə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğu, bu xüsusda imkanların müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, postmünaqişə dövrünün reallıq və çağırışları, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb. İstər keçmiş münaqişə, istərsə də postmünaqişə dövründə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü və suverenliyimizə göstərilən dəstəyə görə Əlcəzair tərəfinə təşəkkür edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2024.09.12 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Asiyada yeni müharibə başlayır: Hərbi əməliyyata hazırlıq başladı

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla