Yuxarı

İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!

Gürcüstan 2008-ci ildə keçmiş prezident Mixail Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyası tərəfindən törədilmiş hərbi münaqişəyə görə osetinlərdən üzr istəməyə güc tapacaq.

Axar.az RİA-ya istinadla xəbər verir ki, bu sözləri hakim Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.

Onun sözlərinə görə, xristian inancının əsasını bağışlamaq təşkil edir və buna görə də qarşıdurmanın tarixi bağışlanma və səmimi barışıqla başa çatacağına əmindir.

İvanişvili onu da bir daha bəyan edib ki, hakim partiya parlament seçkilərində qalib gələrsə, 2008-ci ildə hərbi əməliyyatların təşkilinə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq.

Bundan əvvəl hakim partiyanın nümayəndələri dəfələrlə seçkilərin nəticələrinə görə parlamentdə Konstitusiya çoxluğunu qazanacaqları təqdirdə Cənubi Osetiya və Abxaziyanı ölkəyə qaytaracaqlarına və Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını Konstitusiyaya zidd elan edəcəklərinə söz veriblər.

Tarix
2024.09.14 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla