Yuxarı

Kərim Vəliyev italiyalı generalla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim Vəliyev italiyalı generalla görüşdü

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin İtaliyaya rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi bu ölkənin hazırda Silahlanma üzrə Baş direktoru vəzifəsində xidmət edən general-leytenant Luçano Portolano ilə görüşüb.

General-polkovnik K.Vəliyev general-leytenant L.Portolanonu İtaliya Silahlı Qüvvələrinin Baș Qərargah rəisi vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Görüşdə hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Sonra İtaliyanın Birgə Əməliyyatlar Komandanlığını ziyarət edən Azərbaycan hərbi nümayəndə heyətinə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Tarix
2024.09.20 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla