Yuxarı

İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir-birinə qonşu olan Livan, Suriya və İraq Birinci Dünya müharibəsindən sonra, Osmanlı Türkiyəsinin dağılması nəticəsində yaranan dövlətlərdir. Üstündən 100 ildən çox vaxt keçsə də, Birinci Dünya müharibəsində qələbə qazanan Böyük Britaniya və Fransanın süni şəkildə yaratdıqları bu dövlətlər hələ də ərazi bütövlüklərini təmin edə bilməyiblər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Livan, Suriya və İraq əşirətlərin, məzhəb liderlərinin idarə etdikləri dövlətlərdir, mərkəzi hakimiyyətlər nominal xarakter daşıyır:

“Hadisələrin bu istiqamətdə inkişafı ABŞ və İsrailin maraqlarına uyğundur, bu ikili bölgəni istədikləri şəkilə salmağa çalışırlar. İsrail ABŞ-ın dəstəyi sayəsində HƏMAS və Hizbullahı başsız qoyub, komandirlərinin böyük əksəriyyətini öldürüb, üstəgəl, Suriya və İraq ərazisindəki hədəflər də vurulur. İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və buna bənzər təşkilatlar İsrail-ABŞ cütlüyünü durdurmaq iqtidarında deyillər. Bu ikili növbəti mərhələdə İran üzərində çalışmalara başlayacaq. İran Prezidenti Məsud Pezeşkianın bugünlərdə səsləndirdiyi “İranda hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaqlar” açıqlaması təsadüfi deyil. ABŞ və İsrail İranda rejim dəyişikliyinə nail ola bilməsələr, Pezeşkianın səsləndirdiyi modeli həyata keçirməyə çalışacaqlar. Azərbaycan buna hazır olmalıdır”.

Tarix
2024.09.29 / 17:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov BMT baş katibi ilə görüşdü

Ermənilər qəbirlərimizi belə təhqir edir - Video

Ermənilər “əlaqə” axtarır: Niyə İsrail 27-də hücum etdi?

Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq

AB Bakını şərləyir: Ermənistandakı hərbi planları...

Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşdü

Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq…

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış etdi

Gözlər Tehranda: İranın cavabı necə olacaq?

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla