Yuxarı

Ceyhun Bayramov BMT baş katibi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığı yüksək qiymətləndirildiyini bildirib. Xüsusilə, COP29 sədrliyimiz çərçivəsində aktiv əməkdaşlığımızın sədrliyin uğurla həyata keçirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

COP29 sədrliyimiz çərçivəsində prioritet istiqamətlər və sədrlik təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, COP29 çərçivəsində xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması istiqamətində aktiv fəaliyyət aparıldığını bildirib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib.

İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2024.09.29 / 19:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər qəbirlərimizi belə təhqir edir - Video

Ermənilər “əlaqə” axtarır: Niyə İsrail 27-də hücum etdi?

İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!

Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq

AB Bakını şərləyir: Ermənistandakı hərbi planları...

Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşdü

Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq…

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış etdi

Gözlər Tehranda: İranın cavabı necə olacaq?

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla