Yuxarı

İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan

Ermənistanda əhalisini terror etmək, depressiyaya salmaq üçün psixoloji əməliyyatlar aparan blogerlər var və onlar iddia edirlər ki, guya İsraillə İran arasında silahlı münaqişə başlasa, Azərbaycan da Zəngəzura hücum edəcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni ekspert Qriqor Emin-Teryan deyib.

O bildirib ki, bu iddia tamamilə cəfəngiyyatdır:

“İsraillə İran arasında quru münaqişəsi ola bilməz, çünki onların arasında bir neçə dövlət var. İsrailin isə belə bir niyyəti yoxdur. İsrail və Qərb müttəfiqləri İranın nüvə obyektlərinin dağıdılması ilə kifayətlənəcəklər. Quru toqquşmaları olmayacağından və ehtimal olunan hava hücumları hərbi hədəflərin məhv edilməsi ilə məhdudlaşacağından, İrandan Ermənistana gəlmək istəyən qaçqın axını da olmayacaq”.

Onun fikrincə, İranın nüvə obyektləri də Ermənistan üçün təhlükə yaratmır:

“Çünki sərhədimizdən kifayət qədər uzaqda yerləşir. Ona görə də ərazinin radioaktiv çirklənməsi olsa belə (İsrailin həmin obyektləri vuracağı təqdirdə - red.), bu, əhalimiz üçün təhlükə yaratmayacaq”.

Emin-Teryan iddia edib ki, betonları dəlmək üçün istifadə edilən bombaların və raketlərin güclü partlayışları isə zəlzələyə səbəb ola bilər və qonşu ölkələr bu faktı nəzərə almalıdır.

Tarix
2024.10.03 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla