Yuxarı

Ermənistan COP-da iştirak etmir, COP-a qarşı işləyir - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan COP-da iştirak etmir, COP-a qarşı işləyir - Hacıyev

Təəssüflə qeyd edim ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib.

"Ermənistan qeydiyyatdan keçsə də, hələ onlar tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb. Əgər Ermənistan tərəfi özü bu tədbirdə iştirak etmirsə, bundan başqa, regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Amma düşünürük ki, Ermənistan tərəfi konvensiyanın üzvü kimi dəvət almışdı və tərəf kimi də tədbirdə iştirak edə bilərdi. Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər", - H.Hacıyev qeyd edib.

Tarix
2024.11.12 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Məhəmməd Əbdülsalamla görüşdü

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla