Yuxarı

İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü - Foto

14:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.

Axar.az xəbər verir ki, Taye Atske Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu dedi. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirdi.

Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın ASAN Xidmət təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını dedi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.

Efiopiya Prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğuladı, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxundu, böyük perspektivlərin olduğunu dedi.

İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

ASAN Xidmət təcrübəsinə toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu dedi.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulandı.

Efiopiya Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi.

Tarix
2024.11.14 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Özgündüz: Atatürkə dil uzadanlar Əliyevə də… - Video

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla