Yuxarı

Bu şəhərdə ciddi döyüşlər gedir - Voskanyan həyəcanlandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəhərdə ciddi döyüşlər gedir -

Hələbdə təkcə Suriyanın deyil, bütün bölgənin, o cümlədən Cənubi Qafqaz regionunun taleyi həll olunur.

Axar.az xəbər verir ki, belə bir iddia ilə erməni iranşünas Vardan Voskanyan çıxış edib.

O, “İraqdan gələn iranpərəst qüvvələrin” dəstəyi ilə Suriya ordusunun Hələb əyalətinin ələ keçirilən ərazilərini “Təhrir əş-Şam”dan geri almağa başladığını bildirib:

“Hökumət qüvvələrinin ciddi uğurlarından danışmaq hələ tezdir, lakin aydındır ki, Yaxın Şərqdə həmişə olduğu kimi, hər şey yenidən döyüş meydanında həll edilir”.

Qeyd edək ki, İranın Suriyadakı son hərbi toqquşmalara başının qarışacağından narahat olan erməni ekspertlər Ermənistanın sərhəddə “yeganı təhlükəsizlik qarantı” saydıqları Tehranın İrəvandan diqqətinin yayına biləcəyindən ciddi əndişə keçirirlər. Onların fikrincə, İran Suriyaya yönələrsə, Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə, o cümlədən 10 noyabr bəyanatına uyğun olaraq, Zəngəzur dəhlizini aça bilər.

Antitürk mövqeyi ilə tanınan Voskanyan isə son məlumatlardan xəbərsizdir. Belə ki, döyüşlər Hələbdə deyil, Həmada gedir, “Heyət Təhrir əş-Şam” Həmanın 8 km-də Suriya ordusuna ciddi itkilər verir.

Tarix
2024.12.04 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla