Yuxarı

Ölməmiş ayının dərisinin bölüşdürülməsi... - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Kaya Kallas dekabrın 16-da yeni vəzifəsində Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin ilk toplantısını keçirib. 3 mövzu – Rusiya-Ukrayna müharibəsi, Gürcüstanda siyasi böhran və Suriyada hakimiyyət dəyişikliyi müzakirə olunub. Xarici işlər nazirləri Rusiyaya qarşı növbəti 15-ci sanksiya paketini qəbul ediblər.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, AB Fransa Prezidenti Emmanuel Makronun “müharibə bitəcəyi təqdirdə Ukraynaya Avropa müşahidə missiyasını göndərək” təklifini qəbul etməyib:

“Kaya Kallas bu məsələnin müzakirəsinin erkən olduğunu bildirib. Avropa Birliyi nümayəndəsi haqldır, müharibə bitməmiş Ukraynaya müşahidəçi missiyanın göndərilməsinin müzakirəsi ölməmiş ayının dərisinin bölüşdürülməsinə bənzəyir. Digər tərəfdən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra müharibəni dayandırmağı planlaşdırır. Onun planında isə Avropa müşahidə missiyasının Ukraynada yerləşdirilməsi barədə bənd yoxdur. Kaya Kallas Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının da geri çağrılması barədə düşünməlidir. Bu da Makronun ideyası idi, bölgəyə gərginlikdən başqa heç nə gətirmədi”.

Politoloq bildirib ki, Brüsseldə Gürcüstana qarşı sanksiyaların tətbiqi müzakirə olunsa da, yekdil qərar qəbul etmək mümkün olmayıb:

“Məsələ burasındadır ki, Avropa Birliyinin 27 ölkəsinin tamamı Gürcüstanla bağlı eyni fikirdə deyil, misal üçün, Macarıstan və Slovakiya sanksiyaların əleyhinədir, hətta Lüksemburqun xarici işlər naziri Ksavye Bettel də Brüsseldəki çıxışında “Gürcüstan hökumətinin etirazçılara qarşı davranışını tənqid etməklə yanaşı, Gürcü Arzusu Partiyasının parlament seçkisində yaxşı nəticə göstərdiyinə görə cəzalandırılmasını doğru hesab etmirik” cümləsini işlədib. Beləliklə, Avropa Birliyi Gürcüstanla bağlı gözləmə mövqeyinə keçib. Görünür, anlayırlar ki, Gürcüstan hökumətinə qarşı sərt qərarlar rəsmi Tiflisi Rusiyaya daha çox yaxınlaşdıra bilər”.

Şahinoğlu Avropa Birliyinin Əsəd rejiminin süqutunu dəstəkləsə də, Suriyada hakimiyyətə gələn qüvvələri tanımağa hazır olmadığını qeyd edib:

“Buna baxmayaraq, Kaya Kallas Dəməşqə avropalı diplomatlardan ibarət nümayəndə heyəti göndərməyə qərar verib. Brüssel nəbz yoxlaması həyata keçirir, “Heyət Təhrir əş- Şam” (HTŞ) ilə təmaslarda digər oyunçulardam geri qalmaq istəmir”.

Tarix
2024.12.17 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident

Donald Trampa çox minnətdarıq - İlham Əliyev

Bütün bunlar mənə möcüzə kimi gəlir - İlham Əliyev

Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident

Süni intellektdən istifadə etmirəm, lakin... - Prezident

Mediamız lazım gəldikdə hücuma da keçir - Prezident

Prezident 3-cü Şuşa Qlobal Media Forumunda iştirak etdi - Video

Bizim üçün bu ölkənin dəstəyi həmişə dəyərlidir - Əliyev

Atam mənə nə söyləyərdi? Əlbəttə ki... - İlham Əliyev

Bu iki məsələ həll edilən kimi Ermənistanla sülh olacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla