Yuxarı

Onlar İlham Əliyevə zəng etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:28

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şövkət Mirziyayev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib, Prezident İlham Əliyevin bu il Özbəkistana dövlət səfərinin əməkdaşlığımızın daha da gücləndirilməsi işində xüsusi rol oynadığı vurğulanıb. Qeyd olunub ki, həmin səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli münasibətlərimizin ən yüksək zirvəsini nümayiş etdirib.

Özbəkistan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb və bu mühüm tədbiri ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin nümayişi kimi qiymətləndirib.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edərək, Şövkət Mirziyayevin COP29-da fəal iştirakına görə bir daha təşəkkürünü bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

***

Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qasım-Jomart Tokayev Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətinə toxunulub, bu il Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin möhkəmlənməsi işində rolu xüsusi vurğulanıb.

Qazaxıstan Prezidenti COP29-un ölkəmizdə uğurla keçirilməsi ilə bağlı bir daha təbriklərini çatdırıb, bu tədbirin Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi işinə töhfə verdiyini deyib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü ifadə edərək, Qazaxıstanın dövlət başçısına COP29-da fəal iştirakı ilə bağlı bir daha minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri, yeni təmaslar və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

***

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ərsin Tatar dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlətimizin başçısının Ərsin Tatarla Bakıda və digər beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb, Ərsin Tatarın bu il Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakının önəmi vurğulanıb, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

Tarix
2024.12.24 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

İlham Əliyev bunun üçün 20 milyon manat ayırdı

Azər Zahidin əxlaqsızlıq şousunu kim maliyyələşdirir? - Video

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - Fotofakt

Ərdoğanla Əliyev Suriya ilə bağlı razılaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla