Yuxarı

Putin Bakıya gələ bilər - Mühüm görüş...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Bakıya gələ bilər - Mühüm görüş...

Yaxın aylarda ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər. Konkret vaxtı demək çətindir, amma onların Bakıda görüşməsi mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Tramp-Putin görüşünün Bakıda keçiriləcəyi ilə bağlı iddialarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, D.Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Putinlə görüşmək istəyir:

“Əslində, hər iki dövlət başçısı yaxın tarixlərdə verdiyi müsahibələrdə Ukrayna ilə bağlı sülh danışıqlarından və ehtimal görüşdən bəhs edib. Dediklərindən bu qənaətə gəlmək olar ki, görüşə hazırlıq gedir.

Tramp Rusiya ilə danışıqların dayandırılmasının yanlış olduğunun fərqindədir. Hər halda dialoq yolunun bağlanması prosesin gələcəyi baxımda müsbət nə isə vəd etmir. Buna görə 2025-ci ildə ABŞ və Rusiya arasında danışıqlar ola bilər”.

Q.Hüseynli bildirib ki, Putinin məhz Bakıda Trampla görüşməsinin mümkünlüyü ilə bağlı iddialar var:

“Təbii ki, birmənalı “görüş yeri Bakı olacaq” demək çətindir. Məsələn, danışıqlar Türkiyədə də baş tuta bilər. Amma Bakı həm təhlükəsizlik, həm də neytrallıq baxımdan uğurlu seçimdir. Daha əvvəl burada ABŞ və Rusiya hərbi rəhbərlərinin görüşləri keçirilib. Üstəlik, bu vaxta qədər Bakı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bunları ümumiləşdirəndə görüş yeri üçün bir nömrəli ideal məkanın paytaxtımız olduğunu deyə bilərik. Lakin hələ bu barədə rəsmi məlumat yoxdur”.

Tarix
2024.12.26 / 09:54
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla