Yuxarı

Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək? - Simonov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə gücləndi: Cənubi Qafqazda nə dəyişəcək? - Simonov

2025-ci il qlobal proseslər baxımından aktiv keçid mərhələsi olaraq qalmağa davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Konstantin Simonov 2025-ci ildə beynəlxalq münasibətlərdə mümkün dəyişikliklər və onların Cənubi Qafqaza təsiri haqda danışarkən deyib.

Onun sözlərinə görə, əvvəlki iki il ərzində bütün dünya 2025-ci ildə daha intensiv davam edə biləcək yeni dünya düzəninin fəal formalaşmasının başlanmasının şahidi olub:

“Yanvarda fəaliyyətə başlayacaq Tramp administrasiyası beynəlxalq münasibətlərin gələcək inkişafı üçün mühüm hadisədir. ABŞ-ın yeni seçilmiş prezidenti artıq Ukrayna məsələsində sülhə nail olmağa çalışacağını bəyan edib. Hələlik Trampın hansı yolu tutacağı bəlli deyil, bunun Rusiyaya qarşı kompromis və ya təzyiq siyasəti olacağı bilinmir. Mən ehtimal edirəm ki, bu, Rusiya ilə sülh üçün Kiyevə təzyiq siyasəti olacaq. Ötən ilin sonunda Fransada Makron-Tramp-Zelenski danışıqları baş tutub. Düşünürəm ki, Kiyev Trampın prinsipləri ilə kifayətlənmir və bu il ərzində biz Qərb ictimaiyyətinin Ukrayna ilə bağlı ABŞ-a bəzi “təzyiq” cəhdlərini müşahidə edəcəyik.

Hesab edirəm ki, ABŞ-dan Kiyevə yardımın həcmi azalacaq. Məhz bu səbəbdən Bayden Ukrayna rejiminə yeni vəsait ayırmağa tələsir. Bu baxımdan bu il biz əvvəlki iki ildən əhəmiyyətli dərəcədə fərqli inkişafların şahidi olacağıq. Bunun sülhə nə dərəcədə töhfə verəcəyini indidən söyləmək çətindir, amma çoxlu dəyişikliklər olacaq”.

Cənubi Qafqaza gəlincə, Simonovun fikrincə, o, bir neçə reallığın təsiri altında olacaq:

“Birincisi, artıq şahidik ki, Türkiyənin mövqeləri güclənib və ola bilsin ki, ABŞ-ın yeni siyasəti Cənubi Qafqazda daha zəif olacaq. O ki qaldı Rusiyanın bu regionda təsiri məsələsi, Ermənistan-Rusiya münasibətləri çox pis vəziyyətdədir, 2025-ci ildə də eyni səviyyədə olacağını düşünürəm. İrəvanla Bakı arasında regional problemlərin tezliklə həlli perspektivini də görmürəm. Məncə, təsir dairələri uğrunda mübarizə davam edəcək və bu da gərginliyi artıracaq”.

Tarix
2025.01.03 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla