Yuxarı

Tokayev qara qutudan danışdı: Düzgün həll yolu...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayev qara qutudan danışdı: Düzgün həll yolu...

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Hökumət komissiyası uçuş registratorlarını deşifrə etməsi üçün hava gəmisinin istehsal olunduğu Braziliyaya göndərmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - Tokayev bildirib.

Tokayev qeyd edib ki, bugünkü təlatümlü dünyada texnogen və təbii fəlakətlərin sayı artır və bütün dövlətlər, o cümlədən inkişaf etmiş dövlətlər buna hazır deyil, lakin digər ölkələrlə müqayisədə Qazaxıstan fövqəladə hallara cavab vermək baxımından layiqli görünür:

“Belə vəziyyətlərdə saniyələrdən söhbət gedir. Xilasedicilərimiz, həkimlərimiz və polislərimiz operativ, koordinasiyalı hərəkət ediblər, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdiriblər. Faciə yerinə yaxın olan Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Yerli sakinlər də kənarda qalmadılar. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün qədər çox insanın həyatı xilas edilib. Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm".

Tarix
2025.01.03 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla