Yuxarı

Bakı ilə əməkdaşlığın bəhrəsini görürük - Boçorişvili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə əməkdaşlığın bəhrəsini görürük - Boçorişvili

Qlobal ssenariyə və proseslərə nəzər salsaq, Orta Dəhlizin hansı rolu oynaya biləcəyi xüsusilə aydın görünür. Əgər biz - həm Azərbaycan, həm də Gürcüstan öz mövqeyimizi düzgün tutsaq, şübhəsiz ki, Orta Dəhlizin inkişafında həlledici rol oynaya bilərik. Bunun üçün iki ölkə arasında mövcud olan tərəfdaşlıq vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, ötən illər ərzində ölkələrimiz arasında qurulan dostluq münasibətləri bu prosesə ancaq töhfə verib:

"Müstəqilliyimizin bərpasından sonra Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq daha çox regional layihələrin həyata keçirilməsinə yönəlib. Bu gün biz bunun bəhrəsini və faydalarını aydın görürük.

Bu gün təkcə ölkələrimizi deyil, regionumuzu inkişaf etdirmək üçün potensial daha böyükdür, bölgədə daha böyük imkanlar var. Buna görə də iki ölkə arasında fəaliyyəti əlaqələndirmək, əməkdaşlığı gücləndirmək xüsusilə vacibdir. Mövcud geosiyasi vəziyyətin təmin etdiyi imkanlardan, regionumuzun coğrafi yerləşməsindən düzgün istifadə etmək lazımdır”.

Tarix
2025.01.19 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla