Yuxarı

Tramp mütləq İrana zərbə endirəcək - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp mütləq İrana zərbə endirəcək - Ekspert

Tramp mütləq şəkildə İrana zərbə endirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donalt Trampın İranla bağlı siyasəti haqda danışarkən deyib.

Politoloq bildirib ki, Tramp prezidentliyi müddətində ABŞ-ın İrana zərbələr endirəcəyinin anonsunu vermişdi:

“Bu barədə ABŞ lideri İsraillə ciddi sövdələşmələrə girib. İrana endiriləcək zərbələr ümumi əməliyyat olacaq və əməliyyatda İsrail ordusu da iştirak edəcək. Bunu İranın Prezidenti Məsud Pezeşkian da Rusiyada olarkən etiraf etdi. İranda dünyəvi rejimin qurulmasını Tramp əsas vəzifələrindən biri sayır.

O ki qaldı Rusiyanın İrana dəstək verəcəyinə, bu ehtimallar inandırıcı deyil. Çünki Rusiya hazırda ağır bir müharibənin içindədir və onun hansısa ölkəyə hərbi, silah yardımı etməsi mümkünsüz görünür”.

Politoloq əlavə edib ki, İran hazırda təklənib və bu məsələdə ona heç kim kömək edə bilməyəcək:

“Məncə, İran parçalanmayacaq. Ancaq molla rejimi sona çatacaq, dinlə siyasət ayrılacaq, rejimin xarakteri dəyişəcək. Dünyəvi və demokratik rejimin qurulmasına cəhdlər ediləcək”.

Qeyd edək ki, Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts Tramp administrasiyasının gələn ay İranla bağlı qərar qəbul edəcəyini deyib. İran isə öz növbəsində bu bəyanatlar fonunda ardıcıl genişmiqyaslı hərbi təlimlər keçirir.

Tarix
2025.01.22 / 07:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla