Yuxarı

İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağdakı zəfərindən, müstəqil siyasət yeritməsindən sonra iki böyük qonşumuz vaxtaşırı dövlətçiliyimizə, suverenliyimizə və dövlət rəhbərliyinə yönəlmiş təhdid və təhqirlər yağdırırlar. Xüsusilə də İran… Bu, hansısa sadə, tanınmamış bir şəxs tərəfindən edilsəydi, haradasa başa düşmək olardı. Görürük ki, bu açıqlamaları rəsmi media qurumları, informasiya agentlikləri, ölkə parlamentinin üzvləri, İran liderinin nümayəndələri, bölgə üzrə valiləri və onlara yaxın şəxslər yayır. Bu çıxışlar özbaşına ola bilməz və sistemli şəkildə bizə qarşı yönəlmiş təxribatın tərkib hissəsidir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev İranın Bakıdakı səfirinin növbəti dəfə XİN-ə çağırılmasını şərh edərkən deyib.

O bildirib ki, bu təxribatlar İran dövlətinin xarici siyasəti ilə paralel şəkildə aparılır:

“Maraqlıdır ki, paralel olaraq İranın nümayəndə heyəti gəlir, münasibətləri normallaşdırmağa çalışır, müqavilə imzalamağa səy göstərir, Zəngəzur dəhlizi ilə bağlı görüşlər keçirilir və s. Onda sual ortaya çıxır: Əgər üçtərəfli görüşlər keçirəcəyiksə, İran xüsusi nümayəndə heyəti göndərəcəksə, iqtisadi əlaqələr inkişaf edəcəksə, Şimal-Cənub kimi böyük bir dəhliz layihəsinin altına İranla birlikdə giririksə, necə olur ki, İran Azərbaycana qarşı kütləvi təhdidləri davam etdirir? Belə çıxır ki, ortada qeyri-səmimi bir mühit var. Biz onların münasibətləri normallaşdırmağa çalışmasına inanmırıq. Çünki təhdid və təhqirləri səsləndirən əxslər rəsmi vəzifə daşıyır. Ölkə rəhbəri bununla bağlı daha əvvəl də öz fikrini bildirib ki, İran açıq şəkildə bu şəxslərin ölkəni təmsil eləmədiyini deməlidir. Dövlətin siyasi xəttinə uyğun siyasət yürütmürlərsə, o zaman imam cümələr, onlara yaxın şəxslər işlərindən azad olsun, cəzalandırılsın, hansısa şəkildə təcrid edilsin. Əks halda bunu İran dövlətinin rəsmi mövqeyi kimi qəbul etməkdən başqa yol qalmır”.

O, İranla yanaşı, Rusiyanın da ölkəmizə qarşı addımlarına diqqət çəkib:

“İkili siyasətin davam edəcəyi müşahidə edilir. Bir tərəfdən Azərbaycanla iqtisadi əlaqələrdən, qonşuluqdan, qarşılıqlı hörmətdən danışacaqlar, digər tərəfdən isə dövlətin bəslədiyi şəxslər Azərbaycana qarşı bu kimi təhdidləri davam etdirəcək. Biz son dövrlər Rusiyada da bu kimi mövqeyi görürük”.

Qeyd edək ki, ötən gün İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Tarix
2025.01.26 / 09:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

“Xankəndi Azərbaycandır” sözünə Batya niyə təəccüblənib ki!

Sərhəddəki kəndlər boşaldılır, əhali qaçır – Akopyan

Tramp İran xalqını təriflədi, Tehrana xəbərdarlıq etdi

ABŞ siyasətçisi Baydenin erməni oyununu ifşa etdi

Paşinyanı sakitləşdirin, yoxsa... - Lukaşenko

Paşinyanın Bakıdakı məhkəmə ilə bağlı iddiasına - XİN-dən cavab

Ərdoğan öz ad günündə Xocalıya gələcək…

XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Avstraliya general-qubernatorunu təbrik etdi

Əsas Bakı və Ankara ilə əlaqələrdir - Georqobiani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla