Yuxarı

Hacıyev Tehrana bu mesajları çatdırır – 4 vacib məqam

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyev Tehrana bu mesajları çatdırır – 4 vacib məqam

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və Tehranda qonşu dövlətin rəsmiləri ilə görüşləri davam edir. Bu səfər bir neçə səbəbdən Azərbaycan üçün əhəmiyyətlidir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O, Hikmət Hacıyevin İrana səfərinin gündəmini bu cür izah edib:

“Birincisi, Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusuyla münasibətlərdə gərginlik istəmir, ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.

İkincisi, Ermənistanın mövqeyi səbəbindən Zəngəzur dəhlisi yubandığına görə, Azərbaycan İran ərazisindən – Araz çayının sahili ilə keçən dəhlizə əhəmiyyət verir. Çayın üzərində körpünün inşaatı bitmək üzrədir. İran üzərindən dəhlizin qısa müddətdə işə düşməsinin bölgə ölkələri üçün faydası olacaq. Bunu Tehran da anlamamış deyil.

Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ-la münasibətlərinin İrana qarşı yönəlmədiyi dəfələrlə deyilib və bu, Tehranda təkrarən iranlı rəsmilərin diqqətinə çatdırılıb.

Dördüncüsü, rəsmi Bakı mötədil Prezident Məsud Pezeşkianla normal əməkdaşlığa ümid edir. Pezeşkianın da Azərbaycanla əməkdaşlığa marağı var. Mümkündür ki, Tehrandakı danışıqlarda iki ölkə prezidentinin yaxın müddətdə görüşünün təşkili barədə də fikir mübadiləsi aparılıb.

Bu sadalanan müsbət məqamlara baxmayaraq, İranın mühafizəkar və dini dairələri növbəti antiazərbaycan təxribatları ilə əldə edilənlərin üstündən yenə xətt çəkə bilərlər. Hər dəfəsində belə olur, iki ölkənin rəsmiləri və diplomatları görüşür, tərəfdaşlıqdan və ortaq layihələrdən danışırlar, üstündən bir müddət keçdikdən sonra əyalət mollalarından biri və ya SEPAH generalı Azərbaycanı hədəf götürən açıqlama verir, İran dövlətinin nəzarətindəki televiziya kanalları, agentlikləri və saytları bunları yayımlayır, nəticədə müsbətə doğru irəli sürülən təşəbbüslər yarımçıq qalır”.

Tarix
2025.02.02 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

Zəngəzur dəhlizindən heyrətamiz görüntülər - Video

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla