Yuxarı

Qafarova Qalibafla Zəngəzur dəhlizini müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bagir Qalibafla görüşüb.

Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə tədbirin Bakının ev sahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu cür tədbirlərin həm bir sıra ciddi qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğu, eyni zamanda təşkilata üzv ölkələr arasında münasibətlərin də müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.

Söhbət zamanı bu səfərin Məhəmməd Bagir Qalibafin ölkəmizə ilk səfəri olduğu və bu səfərin münasibətlərimizin inkişafına töhfə verəcəyi ilə bağlı inam ifadə edilib.

Spiker Sahibə Qafarovanın sözlərinə görə, dövlət başçımız Azərbaycanla qonşuları arasında mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyətə, qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Eyni regionda yerləşən, qonşu olan ölkələrin bir-birinə qarşılıqlı etimadı, əməkdaşlığı yalnız onların hər birinə fayda gətirər. Elə Azərbaycan-İran münasibətlərinin hazırki vəziyyəti də bunu təsdiq edir. Vurğulanıb ki, təxminən son bir ayda həyata keçirilmiş səfərlərə, görüşlərə, danışıqlara nəzər yetirsək, iki ölkə arasında əməkdaşlıq gündəliyinin çox zəngin olduğunu görərik. Bütün bu təmaslar, danışıqlar ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir.

Qalibaf ölkəsinin bütün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, bu siyasətdə Azərbaycanın xüsusi yer tutduğunu qeyd edib, gələcəkdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.

Söhbət zamanı həmçinin bu gün Cənubi Qafqaz regionunda mövcud olan yeni imkanlar və perspektivlər barədə də danışılıb. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə yaradılan "3+3" əməkdaşlıq formatının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsi isə yaxşı heç nə vəd etmir.

Məhəmməd Bagir Qalibaf da İranın "3+3" platformasını tam dəstəklədiyini, bu formatın regionda sülhə və sabitliyə, həmçinin siyasi-iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, regiona kənar ölkələrin cəlb olunması qəbuledilməzdir.

Görüşdə həmçinin regiondakı nəqliyyat bağlantılarının, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin və Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yol bağlantısının əhəmiyyəti xüsusi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Tarix
2025.02.20 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla