Yuxarı

Nikolun Makrona arxalanmasının nəticəsi... - Mixaylov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun Makrona arxalanmasının nəticəsi... - Mixaylov

Şübhəsiz ki, Cənubi Qafqazın bütün ölkələri vəziyyətin - Rusiya ilə ABŞ arasında danışıqlar prosesinin inkişafını diqqətlə izləyir. Və bir az nəzərə çarpacaq dərəcədə istiləşmə olsa, bu, təbii ki, Cənubi Qafqazda güclərin geosiyasi balansına təsir edəcək.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Yevgeni Mixaylov Rusiya ilə ABŞ arasında münasibətlərin istiləşməsinin Cənubi Qafqaza təsirini şərh edərkən deyib.

“Buradan görünür ki, İrəvana daha az dəstək veriləcək. Fransanın Ukrayna rejiminə uğursuz dəstəyindən sonra onun artıq Ermənistan dövlətinə vaxtı olmayacaq. Düşünürəm ki, ən azı AB-nin dəstəyi kəskin şəkildə azalacaq. Ermənistanın isə ağlı başına gələ və Moskvanın zəmanəti ilə İrəvanla Bakı arasında razılaşmanın bütün şərtlərini yerinə yetirə bilər. Zəngəzur dəhlizi açılacaq, nəticədə sərhədlərə, bölgəyə müəyyən sülh tarazlığı gələcək. İrəvan Ukrayna ilə bağlı danışıqlar prosesini gözləyir, çünki Avropa zəifləyir və ABŞ uzaqdadır. Yaxınlıqda Rusiya, Azərbaycan, Türkiyə və Gürcüstan var ki, onlar da öz milli maraqlarına riayət etmək mövqeyindədir. Ona görə də böyük ehtimalla 3+3 formatı inkişaf edəcək. Bölgəyə sülh gələcək. Rusiya ilə ABŞ arasında münasibətlərdə istiləşmə olarsa, o zaman əminəm ki, bu, İrana da təsir edəcək. Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün İran və ABŞ arasında vasitəçi kimi çıxış edə biləcək”, - o bildirib.

Tarix
2025.02.21 / 09:00
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla