Yuxarı

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

“3+3” məşvərətçi formatı uzun müddətdir fəaliyyət göstərir, lakin diqqəti çəkən odur ki, Türkiyənin regionda təsirini bölüşmək istəyi səmimi deyil. Ona görə də Türkiyə təşəbbüskarlardan biri (əsas təşəbbüs Azərbaycanındır – red.) olsa da, Türkiyə burada iştirak etsə də, regional birqütblü təsir iddiasındadır və buna səbəb son illərdə bir sıra hadisələrlə əlaqədar Türkiyənin regionda təsirinin artmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı türkoloq Viktor Nadein-Rayevski erməni mediasına müsahibəsində Rusiya XİN başçısı Sergey Lavrovun bu məşvərətçi platformanın daha strukturlaşdırılmış quruma çevrilməsi istəyinin səbəbləri haqda danışarkən deyib.

“Bu tendensiyaları dərk edən İran və Rusiya Türkiyəni regional maraqların nəzərə alınacağı və birləşdiriləcəyi, gələcək problemlərin qarşısını almaq üçün bütün məsələlərin müzakirə oluna biləcəyi bir platformaya gətirməyə çalışır. Rusiyanın marağının digər səbəbi isə İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazda mövqelərinin böyük bir hissəsini itirməsi, Ermənistan və Azərbaycanla münasibətlərinin korlanması, həmçinin Gürcüstanla heç bir əlaqənin olmamasıdır. Buna görə də bu platformada olmaq Rusiyaya özünü regional güc kimi nümayiş etdirmək imkanı verir”, - o vurğulayıb.

Nadein-Rayevskinin sözlərinə görə, bu platforma Türkiyəni müəyyən nəzarət və əməkdaşlıq mühitində saxlamaq imkanıdır:

“Bunun nə dərəcədə baş verəcəyi başqa sualdır, ancaq Rusiya və İranın baxışı belədir”.

Viktor Nadein-Rayevski hesab edir ki, platformanın təşkilata çevrilməsi məsələsi böyük ehtimalla razılaşdırılıb, lakin ola bilsin ki, hələlik yekun rəsmi təsdiq yoxdur.

Təhlilçinin fikrincə, Trampın prezidentliyi dövründə çoxqütblü dünya bərqərar olarsa, belə bir təşkilat Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər.

Tarix
2025.02.22 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla