Yuxarı

Prezident Embalonu qarşladı - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verdi.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Tarix
2025.02.27 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

AB “müşahidəçiləri" sərhədimizdə - Yeni video

Bu, tarixi səfərdir - Prezident

Qvineya-Bisau prezidenti Zəfər parkını ziyarət etdi

Paşinyandan qapalı iclasda Bakı ilə bağlı tapşırıq

"Sputnik"in nümayəndəliyi ləğv edildi - Rusiyadan reaksiya

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Rusiya ilə bağlı reytinq: İlk iki yerdə azərbaycanlı, 3-də erməni...

Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu

Fransız casus məhkəmədə şok etiraflar etdi

Prezidentlərin təkbətək görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla