Yuxarı

Prezident BMT Baş katibinin müavinini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident BMT Baş katibinin müavinini qəbul etdi

11:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Axar.az xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə göstərdiyi daimi dəstəyə, onun gündəliyində duran məqsəd və məramların beynəlxalq səviyyədə irəli aparılması işinə verdiyi töhfələrə görə dövlətimizin başçısına və Azərbaycan Respublikasına təşəkkürünü bildirdi.

Ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycan Respublikasının Alyans tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına toxundu, ölkəmizin Alyansa könüllü maliyyə töhfələrinin qurumun fəaliyyətinə vacib dəstək olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini dedi, təşkilatın fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bildirdi.

Alyansın gündəliyində duran məsələlərin Azərbaycan Respublikasının siyasəti ilə tam uyğunluq təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu yaxından təşviq etdiyini vurğuladı, bu baxımdan Azərbaycanın və BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirdikləri birgə tədbirlərin əhəmiyyətinə toxundu.

Söhbət zamanı islamofobiyanın bu gün dünyanı narahat edən vacib mövzulardan biri olduğu qeyd edilərək, bu xüsusda ölkəmizlə Alyans arasında əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı.

Görüşdə Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Tarix
2025.03.12 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla