Yuxarı

Prezident Jelka Tsviyanoviçlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Jelka Tsviyanoviçlə görüşdü

14:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış müzakirələri məmnunluqla xatırladı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun yüksək səviyyədə təşkil olunduğunu, tədbir çərçivəsində qlobal gündəliyə aid mühüm məsələlərin müzakirə edildiyini vurğuladı.

Jelka Tsviyanoviç COP29 zamanı Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı, COP29 çərçivəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirdi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Tarix
2025.03.13 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla