Yuxarı

Bakı və İrəvan sülh bağlayırmı? Əsas “maneə” nədir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa yaxınlaşıblar.

Axar.az xəbər verir ki, bu barədə ermənipərəst rusiyalı politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb.

“Yeni il bayramı ərəfəsində Prezident İlham Əliyev Bakı və İrəvanın kompromis əldə edə bilmədiyi iki məqamı qeyd etdi. Müzakirələr beynəlxalq məhkəmələrdəki iddialar, o cümlədən üçüncü qüvvələrin dövlət sərhədində yerləşdirilməsi ilə bağlı idi. Bu iddiaların hər ikisi erməni tərəfinə ünvanlanmışdı, çünki məhz Ermənistan ərazisində AB-nin müşahidə missiyası yerləşdirilib və Azərbaycan tərəfinin (keçmiş) Dağlıq Qarabağdakı hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində iddialar olub.

Əliyevin həmin açıqlamalarından təxminən 2,5 ay keçəndən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov bəyan etdi ki, Ermənistan mübahisəli məqamlarla bağlı təklifləri qəbul edib.

Az sonra rəsmi kanallar vasitəsilə İrəvandan məlumat gəldi. Ermənistan tərəfi kompromisə getməyə hazır olduğunu təsdiqlədi. Baş nazir Nikol Paşinyan dedi ki, bu müddəaların ideal ifadəsini tapa bilməyəcəyimiz bəlli olanda biz Təhlükəsizlik Şurası formatında müzakirələr apardıq və sənədin mövcud məzmununun kompromis həll variantı sayıla biləcəyi qənaətinə gəldik.

Uzun müddətdir davam edən bu münaqişə tarixinə nöqtə qoymaq olarmı? Çoxdan gözlənilən sülh əldə olunurmu və Qafqaz yeni dövrə qədəm qoyurmu?

Bütün bu suallara müsbət cavab vermək istərdim. Ancaq indi də bütün sülh konstruksiyasının sabitliyinə müəyyən şübhələr qalmaqdadır. Dünya ictimaiyyətinin Bakı və İrəvandan gələn xəbərlərə kifayət qədər təmkinli reaksiyası yəqin ki, bununla izah olunur. Məsələ hətta onda deyil ki, kompromis razılaşmalar final mətnində təcəssüm etməlidir. “Növbəti mərhələdə Bakının gözləntiləri belədir: Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarını özündə əks etdirən Konstitusiyasına dəyişiklik etməlidir”, - nazir Bayramov bildirib. Amma İrəvanda hələ də başqa cür düşünürlər. Nikol Paşinyanın sözlərinə görə, sülh sazişinin hazırlanması, eləcə də Ermənistan Konstitusiya Məhkəməsinin ərazi iddialarının olmaması ilə bağlı qərarı artıq problemi bağlayıb. Gördüyümüz kimi, tam deyil...

Lakin Konstitusiya ilə yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası və “dəhliz” problemi də həll olunmamış qalır. Sülh müqaviləsinin mətnində bu barədə heç nə yazılmayıb, amma praktikada bu məsələlərin həlli demək olar ki, daha vacibdir!

Beləliklə, regiona sülhün gəlməsi üçün nəinki söz və sənədlər, həm də əməli hərəkətlər lazımdır!” - Markedonov qeyd edib.

Tarix
2025.03.18 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan kabinetdə qədəh qaldırıb, Vardanyana deyib ki…

Bakının ittihamına İrəvandan cavab gəldi: Gözləyirik...

ABŞ buna görə Ermənistana hərbi texnika gətirir - Sensasiya

Milli Məclis Prezident və xanımını təbrik etdi

DTX Tiktokda Ordumuzla bağlı videolar yayan 18 yaşlı oğlanı saxladı

Bu gün danışacaqlar: Putinin 4 şərtini Tramp qəbul edəcək?

Milli Məclisin növbəti plenar iclası başladı

Prezident və xanımı Ağdərədə...

Ərşad Salehidən Xocalı açıqlaması: Buna çalışırıq!

“Bakıya gedərsinizmi” sualına Nikolun deputatının cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla