Yuxarı

Rusiya 9 Mayda Əliyevlə Paşinyanı gözləyir - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 9 Mayda Əliyevlə Paşinyanı gözləyir - XİN

Moskva 9 May Qələbə Gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Biz bunu yalnız alqışlayırıq, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyini gözləyirik. Dəvət alıb iştirakını təsdiqləyən ölkələrin liderlərini hər zaman görməyə şadıq", - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, bu əlamətdar və birləşdirici tarixin layiqli qeyd olunması üçün bütün istiqamətlərdə genişmiqyaslı hazırlıq işləri aparılır.

Diplomat vurğulayıb ki, Rusiya çoxmillətli Sovet İttifaqının hər bir xalqının Böyük Vətən Müharibəsində alman nasizmi və yapon militarizmi üzərində ümumi qələbəyə verdiyi töhfəni xatırlayır:

"Azərbaycan və Ermənistanla bağlı onu qeyd etmək lazımdır ki, bu xalqlardan yüz minlərlə nümayəndə Böyük Vətən Müharibəsinin bütün mühüm əməliyyatlarında genişmiqyaslı və qəhrəmancasına iştirak edib. Onların təxminən yarısı cəbhədən geri dönməyib".

Tarix
2025.03.20 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla