Yuxarı

AB rəsmisi Praqada Bakı və İrəvan arasında sülhdən danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB rəsmisi Praqada Bakı və İrəvan arasında sülhdən danışdı

Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

Axar.az xəbər verir ki, Maqdalena Qrono bu barədə X hesabında paylaşım edib.

“Praqada iki günlük intensiv görüşləri başa vurdum”, - AB rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, görüşlər zamanı əsas diqqət regionda sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına yönəlib.

Maqdalena Qrono Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə görüşərək AB-nin Ermənistan və Azərbaycan arasında dialoqa dəstəyinin vacibliyini müzakirə edib.

O, həmçinin AB-nin bu prosesə davamlı dəstəyinin əhəmiyyətini vurğulayıb və ötən həftə sülh sazişi danışıqlarının yekunlaşdırılması ilə bağlı verilən açıqlamaların önəmini qeyd edib.

Tarix
2025.03.21 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla