Yuxarı

Türkiyəli ekspert İrəvanda: “Nəzarətsizlik” faydalıdır!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli ekspert İrəvanda: “Nəzarətsizlik” faydalıdır!

Geosiyasi hadisələr göstərir ki, biz dünya müharibəsinə yaxınlaşırıq.

Axar.az xəbər verir ki, bu barədə 21 mart tarixində İrəvanda keçirilən beynəlxalq “Yaxınlaşan tufan: Qlobal dünya nizamının böhranı kontekstində Cənubi Qafqazın regional təhlükəsizliyi” konfransında İstanbuldan gələn spiker, beynəlxalq münasibətlər üzrə ekspert Mustafa Aydın bəyan edib.

Cənubi Qafqaz haqqında danışan ekspert qeyd edib ki, bu bölgədə eyni anda bir neçə böhranın mövcudluğu yeni bir hadisə deyil:

“Qafqaz davamlı geosiyasi dəyişikliklər və bu dəyişikliklərdən qaynaqlanan böhranlarla tanışdır. Cənubi Qafqazın üç ölkəsi geosiyasi dəyişikliklərə uyğunlaşma sahəsində olduqca təcrübəlidir”.

Aydının sözlərinə görə, Qafqaz artıq heç bir xarici gücün əsas diqqət mərkəzində deyil:

“Ermənistan və Azərbaycan arasında müstəqil aparılan danışıqları nəzərə alsaq, bu, müsbət hal ola bilər. Sülh formulu ümid doğura bilər və əgər ölkələrə imkan verilərsə, onlar daha yaxşı işləyə bilərlər. Əlbəttə ki, müqavilənin imzalanması ilə real sülh arasında fərq var, lakin imzalanma artıq yaxşı bir addımdır və bu ‘nəzarətsizlik’ faydalı ola bilər”.

Qeyd edək ki, İrəvanda bu gün başlayan konfransda erməni mediası azərbaycanlı ekspertlərin də olduğunu yazıb.

Tarix
2025.03.21 / 20:21
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla