Yuxarı

Azərbaycan bu təşkilatın tamhüquqlu üzvü oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu təşkilatın tamhüquqlu üzvü oldu

Azərbaycan hökuməti martın 19-da D-8 (Developing-8) İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi olaraq təqdim edib və bununla da Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi qoşulma prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən D-8-ə üzv dövlət və hökumət başçılarının 11-ci sammitində Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciəti yekdilliklə qəbul edilib.

“Bu qərardan sonra Azərbaycan təşkilata üzvlük üçün vacib şərt olan D-8 Nizamnaməsinin ratifikasiyası prosesinə başlayıb. Bu proses çərçivəsində Azərbaycan Milli Məclisi 7 mart 2025-ci il tarixində D-8 Nizamnaməsinin ratifikasiyası haqqında 149-VIIQ saylı Qanunu qəbul edib, daha sonra həmin qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq rəsmi qüvvəyə minib. Şübhəsiz ki, Azərbaycanın D-8-in doqquzuncu üzvü kimi qoşulması təşkilatın inkişafında mühüm mərhələdir. Bu hadisə yeni imkanlar açmaqla təşkilatın Nizamnaməsində təsbit edilmiş məqsəd və vəzifələrin həyata keçirilməsində üzv dövlətlər arasında əməkdaşlığı daha da gücləndirmiş olacaq”,- təşkilatın bəyanatında vurğulanıb.

Tarix
2025.03.24 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Britaniya münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla