Yuxarı

Paşinyan Rubio ilə danışdı: Bakı ilə saziş…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Rubio ilə danışdı: Bakı ilə saziş…

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq, eləcə də regional gündəliklə bağlı məsələləri müzakirə ediblər:

Paşinyan dövlət katibinə danışıqlar prosesini (Azərbaycanla – red.) təqdim edib və “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırıldığı haqda məlumat verib.

Baş nazir vurğulayıb ki, saziş layihəsi imzalanmağı gözləyir.

Həmsöhbətlər Ermənistan və ABŞ arasında yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər.

Tarix
2025.03.25 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla