Yuxarı

Türk ölkələri Türkiyəni neçə milyarda satdı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ölkələri Türkiyəni neçə milyarda satdı?

Mərkəzi Asiyanın türk dövlətlərini Kipr (yunan) Respublikasını rəsmən tanımağa, hətta orada səfirlik açmağa nə məcbur edib? Axı bu ölkələrin liderləri bilməliydilər ki, bununla həm Türkiyə ilə münasibətlərə, həm də özlərinin iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə zərər verəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Mərkəzi Asiya ölkələri Kipr Respublikasının ardınca Kuzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) tanımağa qərar versəydilər, bunu strateji addım kimi qiymətləndirmək olardı:

“Ancaq Mərkəzi Asiya ölkələrinin KKTC-ni tanıyacaqlarına işarət edən heç nə yoxdur. Digər tərəfdən, Mərkəzi Asiya ölkələrinin Kipr Respublikası ilə eyni anda bağlar qurması həmin dövlətlərin bunu bir-biriylə koordinasiyalı və planlı şəkildə həyata keçirdiyi görüntüsü yaradıb. Onların bu planından nə Ankaranın, nə də Bakının əvvəlcədən xəbəri olub.

Qazaxıstanın qərarının məntiqini anlamaq məqsədilə illərdir tanıdığım və dostluq etdiyim qazax həmkarımla əlaqə saxladım. Qazax həmkarım Mərkəzi Asiya ölkələrinin bu qərarını aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa Birliyi rəhbərliyi ilə keçirilən sammiti ilə əlaqələndirdi. Onun fikrincə, Kipr Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub. AB Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırımlar və ortaq layihələrin reallaşmasını vəd edib. Ancaq Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil”.

Politoloq xatırladıb ki, Prezident İlham Əliyev aprelin 9-da ADA-nın təşkil etdiyi beynəlxalq tədbirdə Azərbaycanın Kuzey Kıbrısla əlaqələri bundan sonra da inkişaf etdirəcəyini bildirib:

“Kıbrıs prezidenti və ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanan bu açıqlama Azərbaycan prezidentinin Mərkəzi Asiya dövlətlərinin son qərarı ilə razılaşmadığı anlamına gəlir. Digər tərəfdən, İlham Əliyev Avropa Birliyi və Avropa Şurasından danışarkən, Azərbaycanın artıq bu qurumların qərarlarından asılı olmadığını vurğuladı. Bunları əsas götürərək Azərbaycanın Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacağı və Lefkoşada səfirlik açacağı gün uzaqda deyil”.

Tarix
2025.04.10 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla