Yuxarı

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mən sizin diqqətinizi görkəmli şəxsiyyət, Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncəki yanaşmasına çəkmək istəyirəm. İlham Əliyev olduqca dəqiq, olduqca sərrast qiymətləndirmə apardı və mən ona xüsusi təşəkkür edirəm ki, bəzi liderlər kimi manevr etmədi, Ukrayna haqda həqiqəti dedi.

Axar.az xəbər verir ki, bu sözləri məşhur ukraynalı jurnalist Dmitri Qordon deyib.

O, 9 apreldə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda İlham Əliyevin Ukrayna haqda çıxışını öz səhifəsində paylaşdığını xatırladıb.

“İlham Əliyevin dediyi fikirlər olduqca əhəmiyyətlidir və mən onunla razılaşmaya bilmərəm. İlham Əliyev necə deyibsə, hər şey hazırda o istiqamətdə də gedir”, - o vurğulayıb.

Bunun ardınca aparıcı (Slava Varda) Prezident İlham Əliyevin Ukrayna haqda çıxışını efirdə səsləndirib (Çıxışın mətni BURADA).

“Mən bu sitatın oxunmasından sonra bir daha ukraynalıların adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm. İlham Əliyev “münaqişə”, “xüsusi əməliyyat” demədi, birbaşa “müharibə” dedi və Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. İlham Əliyev necə deyibsə, elə də olacaq”, - Qordon əlavə edib.

Tarix
2025.04.19 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla