Yuxarı

Prezident Sonq Hailianqla görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Sonq Hailianqla görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə “China Energy Engineering Corporation Limited” şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda Günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.

Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi.

Dövlətimizin başçısı “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu.

Söhbət zamanı uzunmüddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.

Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, fəaliyyət dairəsinə bərpaolunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50 faizinə nəzarət edir.

Tarix
2025.04.24 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla