Yuxarı

Trampın adamı Şara ilə görüşdü: Bu gənc nələr istəyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Suriyaya səfər etmiş respublikaçı konqresmen Marlin Statsman Prezident Əhməd əş-Şara ilə bağlı maraqlı açıqlama verib.

Axar.az xəbər verir ki, o, “Yerusəlim Post”a açıqlamasında Şaranın İsrail, digər Yaxın Şərq ölkələri və əlbəttə ki, ABŞ-la yaxşı münasibətlərə çalışdığını və İbrahim razılaşmalarına açıq olduğunu bildirib.

Şara İsraillə əlaqələrin inkişafı üçün şərtlərini irəli sürüb: Suriyanın ərazi bütövlüyünə hörmət, parçalanmasına yol açan hərəkətlərdən çəkinmək, Qolan təpələrində İsrailin işğal etdiyi ərazilərdən çıxması.

“Mən onun dialoqa açıq olduğuna inanıram. Dəməşqdə “Suriyanı yenidən böyük etmək” nişanələri var. Suriya xalqı, şübhəsiz ki, Prezident Trampa heyrandır”, - konqresmen deyib.

Səfər zamanı konqresmen xristian icması və yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşüb və prezident Bəşər Əsədin əvvəllər öz xalqını bombaladığı yerləri gəzib. O, dissidentlərin saxlandığı, işgəncələrə məruz qaldığı və edam edildiyi həbsxanalara da baş çəkib.

“Suriya xalqı bu gün altı ay əvvəl Əsədin dövründə olduğundan daha yaxşı vəziyyətdədir. Mən hesab edirəm ki, Suriyanı yenidən qurmaq mümkündür, lakin bunun üçün sabit hökumət lazımdır”, - o vurğulayıb.

Stutsmanın fikrincə, Şara onlara Suriyanı tamamilə dəyişmək istəyində olduğunu izah edib:

“O, ticarət, turizm və cənubdan şimala və Avropaya yolların inkişafı haqqında danışdı”.

Konqresmenin fikrincə, gənc olmasına və Əl-Qaidə keçmişinə baxmayaraq, Şara ağıllıdır:

“Çox yaxşı söhbətimiz oldu. O, çox gəncdir – 40 yaş civarında, sakit və düşüncəli idi. O, Suriyaya nəzarəti ələ keçirəndən bəri çox çalışır. O, ABŞ-dan pul tələb etmir, sadəcə sanksiyaların aradan qaldırılmasını istəyir və hesab edirəm ki, bu, nəzərə alınmalı olan bir şeydir”.

Konqresmen Suriya-ABŞ münasibətlərinin normallaşması və sanksiyaların aradan qalxması üçün tələbləri səsləndirdiyini xatırladıb:

“Atılmalı olan addımlara insan haqlarına, qadın hüquqlarına, dini azadlıqlara hörmət və bütün suriyalılara ləyaqətlə yanaşma daxildir – heç bir azlığa ayrı-seçkilik edilməməlidir. Və əlbəttə ki, İsraillə hörmətli və təhlükəsiz münasibətləri davam etdirmək və Suriyanın terrorizm üçün təlim meydançasına çevrilməməsi, İranın, Çinin və ya Rusiyanın forpostu olmaması…”

Stutsman rəsmiləri Şaraya şans verməyə çağırıb.

Onun fikrincə, Şara ilə ünsiyyətdən qaçmaq Rusiya və İranı Suriyaya “qaytara bilər”:

“Prezident Şara Suriyanın çiçəklənməsini, qlobal səhnədə inkişaf edən bir ölkə olmasını, Dəməşqin İstanbulla müqayisə edilən bir şəhərə çevrilməsini istəyir. Bu, onun üçün inanılmaz bir fürsətdir - əgər o, bunu doğru edərsə. Səhv edərsə, nəticələri olacaq”.

Tarix
2025.04.25 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla