Yuxarı

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Ermənistanın Baş naziri Paşinyan Moskvaya qələbə paradına gəlib, bu, artıq yaxşı xəbərdir. Bəs o zaman Ermənistanın İctimai Televiziyasında sovetlərin və deməli, həm də erməni xalqının şücaətinin dəyərdən salındığı qalmaqallı materialların yayılmasını necə izah etmək olar?

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Alyona Arşinova Ermənistanın İctimai Televiziyasında İkinci Dünya müharibəsində qələbənin SSRİ-nin deyil, Qərb ölkələrinin sayəsində əldə edildiyi, qələbənin qeyd edilməsinə ehtiyac olmadığı haqda veriliş haqda qeyd edib.

“Niyə, məsələn, Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Ovannisyana efirdə icazə verilir ki, ermənilərin Qələbə bayramını qeyd etməyə ehtiyac olmadığını və 9 Mayın onların bayramı olmadığını desin? Ermənistan televiziyasında ABŞ və onlarla birlikdə olanların müharibədə qalib gəldiyi Qərb ritorikası təkrarlanır.

Ovannisyankimilər saxtakarlardır, tarixin ictimai şəkildə yenidən yazılması ictimai və hüquqi cəhətdən pislənməlidir.

Biz Ermənistan hakimiyyət təmsilçilərinin, o cümlədən cənab Paşinyanın ritorikasının necə dəyişdiyini görürük. Və bu artıq narahatedicidir. Kim bilir, bəlkə Ovannisyan Ermənistan rəhbərliyinin hələ danışmadığını dilə gətirir?”

Tarix
2025.05.12 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla