Yuxarı

Fazil Mustafadan maaşlarla bağlı - Təklif

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafadan maaşlarla bağlı -

Azərbaycanda mədəniyyət, təhsil və səhiyyə sahəsində çalışanların əmək haqqı qaldırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2017-ci il üzrə büdcə müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, büdcədən bir sıra sahələrə ayrılmalar artdığı halda, mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsait azaldılıb:

“Onsuz da bu sahədə çalışan insanlar çox cüzi maaş alırlar. Onların aldıqları maaş ölkədəki minimum yaşayış səviyyəsinə yaxındır. Bu maaşla yaşamaq mümkün deyil. Ona görə də bu sahəyə diqqət yetirmək lazımdır”.

F.Mustafa təhsil və səhiyyə işçilərinin maaşlarının qaldırlmasının vacibliyini vurğulayıb:

“Bu gün repetitorluqla məşğul olmayan müəllimin aldığı maaş mədəniyyət sahəsində çalışan şəxsdən heç də fərqli deyil və çox aşağı səviyyədədir. Elə bunu səhiyyə sahəsində çalışanlara da şamil etmək olar. Odur ki, bu sahədə çalışanalrın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir”.

Tarix
2016.12.06 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla