Yuxarı

Nazirlik “Qaynar xətt” probleminə aydınlıq gətirdi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fəaliyyət göstərən bir stomatoloji klinikanın lisenziyasının olub-olmaması ilə bağlı informasiyanı "Qaynar xətt" xidməti ancaq yazılı şəkildə müraciətinizdən sonra cavablandıra bilər".

Bu sözləri "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli nazirliyin "Qaynar xətt"inə edilən şikayətlərin baxılması üçün yazılı müraciət tələbinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, "Qaynar xətt" adətən edilən zənglərə operativ şəkildə reaksiya verir:

"İstənilən problemli vəziyyətlə əlaqədar xidmət operativ şəkildə məşğul olur. Hətta müraciətinizlə bağlı sizi telefonda gözlədib, probleminizin necə və nə vaxt həll ediləcəyi ilə bağlı da məlumat verirlər. Bir çox hallarda sizi xətdə gözlədərək şikayət etdiyiniz yerlə əlaqə yaradıb onlara bu barədə xəbərdarlıq da edirlər. Və ya sizi sırf o istiqamətdə biri ilə də calaşdıra bilərlər".

Nazirlik sözçüsü qeyd edir ki, araşdırma tələb edən müraciətlərlə bağlı "Qaynar xətt" xidmətinə yox, nazirliyin özünə yazılı müraciət edilməlidir:

"Ola bilər ki, sizin müraciətiniz araşdırma və yoxlama tələb etsin. Operativ qaydada və ya araşdırma tələb edən problemlər var. "Qaynar xətt" sizə hansısa klinikanın lisenziyasının olub-olmaması ilə bağlı məlumat verə bilməz. Xidmət şikayətinizlə bağlı bütün məsələlərə baxır. Sadəcə, bir çox hallarda sizi yönləndirir ki, bununla əlaqədar məktub yazın və ya Səhiyyə Nazirliyinin filan şöbəsinə müraciət edin".

A.Qədirli bildirir ki, şikayətlə bağlı cavabın gecikməsi isə müraciətlərin çoxluğu ilə əlaqədar ola bilər:

"Müraciət olunduqdan sonra nazirliyə daxil olan şikayətlər ardıcıllıqla araşdırılır. Cavabın gecikməsinə səbəb müraciətlərin çoxluğu ola bilər. Ancaq bu, çox nadir hallarda baş verir. Əgər nazirliyə müraciət etmisinizsə, tezliklə sizə cavab veriləcək".

Qeyd edək ki, bir müddət öncə Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə Binəqədi rayonu, Seyidzadə 29 ünvanında fəaliyyət göstərən stomatoloji mərkəz haqqında məlumat vermişdik. Şikayət edən sakinlər gigiyenik qaydalara riayət etməyən diş kabinetinin lisenziyasının olub-olmadığını və burada baş verə biləcək hər hansı fəsada görə kimin məsuliyyət daşıyacağını öyrənmək istəyirdi. Problemin operativ həlli üçün "Qaynar xətt"ə məlumat versək də, xidmət bununla əlaqədar nazirliyə yazılı müraciət etməyimizi bildirmişdi. Nazirliyə etdiyimiz yazılı müraciətə də hələ cavab verilməyib.

Tarix
2014.04.14 / 21:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla