Yuxarı

Prezident oğlunun katibi gecə klubunda – Bakının gecə həyatı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı gecələrində əyləncənin məkanını axtara-axtara bu dəfə "Studio2" gecə klubuna gəlib çıxdıq. "Malakan" bağı ilə üzbəüz yerləşən bu balaca məkan heç nəyi ilə adamı cəlb etməsə də, içəridə eşitdiklərimizdən bir az təəcübləndiyimizi də gizlədə bilmərik.

Pilləkəndən aşağı düşüb, qapının zəngini basmağımla açılmağı bir oldu. İdmançı görünüşündə olan mühafizəçi niyə, kimin yanına gəldiyimi sorğu-sual edəndən sonra məni içəri buraxdı. Bu klubun gördüyümüz digər klublardan fərqli, xüsusi bir abı-havası olmasa da, tüstüdən-dumandan uzaq, rahat bir yer olduğunu deyə bilərik. Nə ortada oynayan yarıçılpaq qızlar, nə də izdiham var. Sakit, stollarda tək-tük əyləşən adamlar, bir sözlə, hər kəs başını aşağı salıb pivəsini içir.

Əvvəlcə ürəyim sıxılsa da, yavaş-yavaş gecənin ahəngini tutmağa çalışıram.

Elçibəyin oğlunun mətbuat katibi

Klubda karaoke də olduğu üçün hündür, yaraşıqlı bir oğlanın ara-sıra mahnı oxumasını seyr edirəm. Musiqi bitən kimi yaxınlaşıram. Salam verəndən sonra onunla söhbət etmək istəyimi bildirib, mümkünsə, sakit bir yer təklif edirəm. O da qəbul edir.

Nadir bu klubun şou proqramlarının təşkilatçısıdır. Ancaq qazanc məqsədi ilə yox, bu işi sevdiyi üçün etdiyini deyir. Əsl işi isə başqadır. Eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin mətbuat katibi olduğunu biləndə bir anlıq duruxuram. Prezident oğlunun mətbuat katibinin hansısa gecə klubunun işçisi olması məni çox təəccübləndirir. Onun mətbuat katibi kimi hansı işlər gördüyünü soruşuram. Verdiyi cavablardan səmimiyyətinə şübhəm qalmır.

Şou proqramın ən maraqlı anı

Təxmini 30 yaşı olar. Uzun illərdir ki, klublarda şou təşkilatçılığı ilə məşğul olur. Bu şou proqramlardan isə yaxşı gəlir əldə etdiyi üçün özünün dediyi kimi, həm əylənir, həm də özünə yaxşı gün ağlayır. Ona bir çoxlarının Bakıda gecə həyatının olmadığını söylədiyini deyirəm. Nadir bununla razılaşmır. Öz təşkil etdiyi şoulardan danışır:

Çılpaq qızların auksionu, duz, tekila...

- Şou proqramların ən maraqlı anı üzərinə duz səpilmiş çılpaq qızın auksiona çıxarılması olur. Nadir deyir ki, həmin xanımın üzərindəki duzla tekila içməyi arzulayan gənclər çox olsa da, bu ən çox pul vəd edən auksion iştirakçısına qismət olur. Auksionda isə 4000-5000 pul qoyan gənc olur.

Bundan başqa "Studio 2" klubunda məhz lezbiyan və mavilər üçün partilər təşkil olunur ki, həmin gün ancaq bura qadınlar buraxılır. Şounun girişi 10 manat olsa da, burda təşkil olunan oyunlardan iki-üç min gəlir əldə etdiyini deyir Nadir. Çılpaq qızlar, duz, tekila, auksionlar – bir sözlə, təəccüblü anlar burda az yaşanmır. Seks partilər və daha nələr-nələr.

Bakılı Martin və Jan

Suallarımın çoxluğundanmı, vaxtının az olmasındanmı Nadir daha danışmaq istəmədiyini deyib məndən ayrılır. Mən də öz başımın çarəsinə baxıram. Klubda əylənməyə gələn iki xaricinin oturduğu stola yaxınlaşıram. Onlarla xeyli çəkən söhbətimizə başlayırıq.

Biri London, biri Fransadan gələn müsahiblərimin adları Martin və Jandır. Əvvəlcə Martinin və Janın Bakıya gəlmə səbəbləri haqqında deyə bilərəm ki, onlar bura neft layihəsi çərçivəsində işləmək üçün təşrif buyurublar. Dörd ildir ki, Azərbaycanda yaşadıqlarına görə, Bakı artıq onlar üçün doğmalaşıb. Yaxınlaşıb tanış olmaq, söhbət etmək çox asan olur. Martin gülə-gülə mədəni şəkildə qolumdan tutub əyləşməyə yer göstərir. Mən də tələm-tələsik özümü təqdim edib, suallarımı verməyə başlayıram.

Bakı onun üçün necə bir şəhərdir?

Dediyinə görə, şəhər müasir meqopolis şəhərlərdən heç nəyi ilə fərqlənmir. Martin üçün harada yaşamağının fərqi yoxdur, əsas odur ki, yaxşı pul qazansın. Ondan nə qədər maaş aldığını soruşuram, kağız və qələm çıxardıb, ora 9000 manat yazanda təəccübümü saxlaya bilmirəm. Bir anlıq içkisinə baxıb, qiymətinin nə qədər olduğunu fikirləşirəm. O da bunu anlayıb, Azərbaycan dilində "4 manat" deyə-deyə, gülməyə başlayır. Yanımızda əyləşən fransız dostu Jan da gülə-gülə əlavə edir ki, onlar nə bahalı içki, nə də bahalı maşınlardan istifadə edirlər. Martin və Janın sadə həyat tərzi mənə qəribə görünsə də, bir anlıq azərbaycanlı olmadıqlarını yada salıb özümə gəlirəm.

Bakının gecə həyatı, gənclərin necə əylənməsi, qadınlar haqqında söhbət edirik. Martin deyir ki, 57 yaşı olmasına baxmayaraq, Azərbaycanın yaşlı insanlarından fərqli olaraq hər zaman əylənir və imkanı çatdığı qədər klub və barlara gedir. Özü də çox bahalı olanlara yox. Səhər yeməyinə 20, günortaya 40, axşama isə 30-40 manat pul xərcləyir. Klublarda isə demək olar çox pul xərcləmir. Bakı isə çox bahalı şəhər olduğundan Martinə görə Azərbaycan gəncləri əyləncəyə çox yer ayıra bilmir.

Martinin dərdi...

Martin bizim qadınların ingilis dilini bilməməyindən narazılıq edir:

- Qadınlar hündürdaban ayaqqabıda küçədə taqqıldada-taqqıldada gəzir, amma ingilis dilini bilmədikləri üçün onlarla ünsiyyət qurmaq olmur. Klublarda, barlarda da onlara yaxınlaşmağa ürək etmir. Çünki Azərbaycan mentaliteti haqda məqalələri çox oxuyub.

İngilis heyrəti

Martinlə söhbətimizin ən yadda qalan məqamı müəllimlərin maaşını soruşanda, verdiyim cavabın onun üzündə yaratdığı dəhşətli ifadəsi oldu. Keşkə görəydiniz! Dediyim məbləği üç dəfə təkrar soruşandan sonra kağızı mənə uzadıb, məbləği ora yazmağımı xahiş etdi. Sonrasını heç təsəvvür belə etməzdim, ondan qopan qiyyə qulaqlarımı az qalsın batırmışdı. Mühasib olduğu üçün 250 manatı Bakı kimi yerdə 1 ayın xərcləri üçün nə qədər hesablasa da, bir yerə çıxmayacağını görüb, əlindəki kağızı kənara atdı: "Çox üzüldüm,- dedi,- bəs burda insanlar necə təhsil alır?"

- Təhsilin vəziyyəti yəqin ki, yaxşı deyil,- Martin dedi. Dörd ildir Bakıda yaşayan bir ingilis üçün bu xəbərin nə dərəcədə yeni olub-olmadığını bilməsəm də, bildiyim tək şey Martinin Azərbaycan təhsilinin vəziyyətini müəllimlərin maaşı ilə müqayisə edib çox kövrəlməsiydi.

Bu qəmli abı-havanı dəyişmək üçün tələsik mənə nə isə içməyi təklif edir. Təşəkkür edib, jurnalist olduğumu deyirəm. O dəqiqə müsahiblərimin narahat olduğunu hiss edirəm. Amma daha iş-işdən keçib.
Martin hesabı istəyib getməyə hazırlaşdığını bildirir. Mən də sağollaşıb onlardan ayrılıram, üzü evə doğru.

Tarix
2014.02.06 / 23:00
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla