Yuxarı

Türkiyə korona peyvəndinin istehsalına başladı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə korona peyvəndinin istehsalına başladı

Türkiyə Qızıl Ay Komitəsinin başçısı Kərəm Kınık koronavirus peyvəndi ilə bağlı açıqlama yayıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, komitə rəhbəri “passiv immunitet sistemi” adlandırılan hiperimmunqlobulinin sənaye istehsalına başlayacaqlarını açıqlayıb.

“Yəni, plazmadan saflaşdırılaraq əldə etdiyimiz anticismlərlə “passiv peyvənd” istehsal edəcəyik. İlk işlərimizi başa çatdırmışıq. Yeni bir pandemiyanın yayılması vəziyyətində əlimizdə kifayət qədər dondurulmuş plazma və passiv peyvənd olacaq”, - Kınık bildirib.

Koronavirusun müalicəsində uğurları artıran üsullardan biri də plazma köçürülməsi oldu. Türkiyə dünyada koronavirus xəstələrinə plazma köçürülməsinə ən erkən başlayan ölkələrdən biridir. İndiyədək Türkiyədə 4 minə qədər insana plazma nəql edilib.

Tarix
2020.06.02 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla