Yuxarı

Kazımovdan qərar: bu qaydalara dəyişiklik edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kazımovdan qərar: bu qaydalara dəyişiklik edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli 29/1-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda, 2022-ci il 22 iyul tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da, 2020-ci il 24 aprel tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edib.

Axar.az xəbər verir ki, bu barədə Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Qərara əsasən,“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda borcalanın zərəri hesablanarkən onun faiz, vergi və amortizasiya xərcləri nəzərə alınmayacaq. Yəni borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq.

Həmçinin yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığı qiymətli kağızlarla eyni kredit reytinqinə malik çoxtərəfli inkişaf banklarının buraxdığı qiymətli kağızlar da aid edilib.

“Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair qayda”da dəyişikliklərə əsasən, milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər, digər birinci qrup təminatlar və banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) nəzərə alınacaq. İndiyə qədər təminat kimi eyni bankda olan depozitlər, banka saxlanc girovu kimi qoyulmuş bank metalları və digər qiymətli metallar çıxış edirdi.

Əlavə olaraq, limitli borcalanın vergidən sonra xalis gəlirlərinin 5 mislindən artıq olan istehlak krediti xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 %-dən artıq olmamalıdır. Hesablama zamanı nəzərdə tutulmuş təminatlarla təmin edilmiş kredit xətləri istisna olmaqla borcalanın bütün kredit təşkilatları qarşısındakı öhdəlikləri nəzərə alınacaq.

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklərə əsasən, istehlak krediti xətlərinin istifadə edilməmiş hissəsi (balansdankənar hesablarda uçota alınan) bu qaydaların 9.6.1-1-ci yarımbəndinə uyğun olaraq kreditə konvertasiya edildikdən sonra 100 (yüz) faizli risk qrupuna aid edilir.

Tənzimləyicinin Hüquq departamentinə bu qərarların 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Tarix
2025.07.31 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla