Yuxarı

Uşaqlarda bu davranışlara xüsusi diqqət edin! - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinsi zorakılığa məruz qalan uşaqların avtomatik olaraq davranışları dəyişir və özləri etiraf etməsə belə, onların bir neçə davranışından cinsi istismara məruz qaldığını anlamaq olar.

Bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq Aydan Sabirli uşaqların cinsi zorakılığa məruz qaldığını hansı davranışlarda göstərdiyi haqda danışarkən deyib.

Kliniki psixoloq bildirib ki, valideynlər uşaqlarının zorakılığa məruz qaldığını digər uşaqlarla, həmçinin ailədə olan davranışından anlaya bilərlər:

“Bəzən zoraklığı edən şəxs bunu uşağa oyun və ya sevgi kimi göstərə bilər. Uşaq da buradan sevgi gördüyünü zənn edir, hətta həmin şəxsin olduğu yerə getməyə can atır.

Həmçinin uşaqlar məruz qaldığı davranışları başqa uşaqlarla da edə bilirlər. Məsələn, uşaq oyun zamanı yaşına uyğun olmayan formada digər uşağı və ya valideyni öpməyə, cinsi davranışlar etməyə çalışırsa, valideyn düşünməlidir ki, uşaq bu davranışı haradan öyrənib? Deməli, uşağa zorakılığı oyun, sevgi adı ilə aşılayan kimsə var.

Əgər qarşı tərəf zorakılığı qorxudaraq və təhdidlə edirsə, bu, həmin uşaqlarda aqressiya yaradır, çox fərqli şəkildə ağlama halları artır, yuxu zamanı qorxaraq oyana bilirlər, həmçinin ailədaxili münasibətlərdə hədsiz dərəcədə aqressiv davranırlar. Həmin uşaqların yuxuları da pozulur, valideynlə təmas etməkdən çəkinirlər və geyimlərini gün ərzində dəyişəndə qəribə şəkildə utanırlar.

Yaşı yeddidən çox olan uşaqlar zorakılıqla qarşılaşdığı halda daha çox özlərini incitməyə meyilli olurlar. Anidən özlərinə qapanırlar, sevimli məşğuliyyətlərindən uzaqlaşmağa başlayırlar, valideynsiz və ya tək qalanda təşvişə düşürlər. Bu durum məktəbə də yansıyır, yəni, anidən müəllim və sinif yoldaşları ilə olan davranışları dəyişir.

Bundan əlavə, zorakılıqla qarşılaşan uşaqlar qarşısındakı şəxsə cinsi orqanlarla bağlı yaşına uyğun olmayan suallar verirlər ki, bu da ciddi və narahat olunası məqamdır. Valideyn bu halda düşünməlidir ki, uşaq nə görüb, nə duyub ki, onda bu suallar yaranıb”.

Psixoloq əlavə olaraq bildirib ki, övladının cinsi istismara məruz qaldığını öyrəndikdə xüsusilə diqqətli olmalıdır:

“Bəzən elə olur ki, uşaq cəsarətlənib, valideyninə başına gələn hadisəni etiraf edə bilir. Bu halda “sən səhv başa düşmüsən”, “o səni çox istəyir” kimi sözlər deyərək susdurmaq olmaz. Valideyn bunu öyrənəndə də panika yaradıb, uşağı günahlandırıb, qorxutmamalıdır. Hətta təmkinli olub, övladına dəstək olduğunu hiss etdirməlidir”.

Tarix
2025.08.05 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bu şəxslər üçün Cibutiyə viza rejimi ləğv edildi

İlham Əliyev Aleksandr Stubbla görüşdü

İlham Əliyev keniyalı həmkarı ilə görüşdü

İlham Əliyev və xanımı BMT-nin qərargahına gəldi - Video

Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəldi

Əli Əsədov türkiyəli nazirlə görüşdü

Rusiyada azərbaycanlılar saxlanıldı

Qarabağ münaqişəsi bitdi - Kasparovun reaksiyasına baxın!

Əhmədzadənin vəkilini işdən təcili çıxartdılar

Şahin Mustafayev Təbrizə getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla