Yuxarı

Təmtəraqlı yas məclislərinin ləğvi ilə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təmtəraqlı yas məclislərinin ləğvi ilə bağlı rəsmi açıqlama

Son dövrlərdə respublikanın müxtəlif şəhər və rayonlarında yas mərasimlərinin daha sadə formada təşkili ilə əlaqədar yerli ictimaiyyət nümayəndələri, xüsusilə də ziyalılar, ağsaqqallar və digər nüfuzlu şəxslər tərəfindən təşəbbüslər irəli sürülür.

Axar.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə açıqlamada bu təşəbbüslərin ilk növbədə cəmiyyətdə təmtəraqlı yas məclislərinin və həmin mərasimlərdə israfçılığın qarşısının alınmasına yönəldiyi bildirilib.

Qeyd olunub ki, yas mərasimlərinin keçirilməsi hər hansı normativ-hüquqi aktla tənzimlənmir, eyni zamanda, bununla bağlı Dövlət Komitəsinin üzərinə düşən konkret səlahiyyətlər yoxdur:

“Mərasimlərin keçirilməsi, əsasən, xalqın uzun illər ərzində formalaşmış adət-ənənələri və yerli ictimai təcrübəyə əsaslanır. Yas mərasimlərinin təşkili ilə bağlı yaranmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun əldə olunması zəruridir.

Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir”.

Tarix
2025.08.05 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla