Yuxarı

Şəmkirdəki qəza: Hər 2 maşının buraxılış vəsiqəsi olmayıb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdəki qəza: Hər 2 maşının buraxılış vəsiqəsi olmayıb...

Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mersedes-Bens" markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

Həmçinin məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb:

"Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

Qeyd edək ki, avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə 7 nəfər ölüb.

Tarix
2025.08.07 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - Foto

Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi

Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident

Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev

Sandu İlham Əliyevi təbrik etdi

İlham Əliyev Qırğızıstana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla